XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 13:45

Spikerlə xanım deputat arasında gərginlik:"Elmira xanım, burada iclası siz idarə etmirsiniz"

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Müzakirə zamanı deputat Elmira Axundova çıxış edib.

O, Ombudsman Elmira Süleymanovanın fəaliyyətini təqdir edib, onu tərifləyib.

E.Axundova çıxışını bitirdikdən sonra Milli Məclisin sədri Oqtay Əsədova “qoy deputatlar çıxış etsin” deyib.

Bu zaman spiker Oqtay Əsədov ona cavab verib: “Elmira xanım, burada iclası siz idarə etmirsiniz. Özün danışırsan, özün də idarə edirsən”.

Oxu.az