XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2019 - 14:03

“60 namizəd qeydə alındıqdan sonra namizədliyini geri götürüb”- MSK sədri

“Artıq seçki prosesinin əsas mərhələlərindən biri olan namizədlərin qeydə alınması prosesi başa çatıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir: “Bu il keçiriləcək bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb” .

MSK sədri qeyd edib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər: “Bülletenlərdə 41800-dən çox yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək”.