XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 06:34

“Mən onları parlament iclasında da darmadağın etmişdim” – Rəsul Quliyev
Bu gün 1994-cü ildə Bişkekdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında imzalanan atəşkəs müqaviləsinin 21-ci ildönümüdür.
Xatırladaq ki, həmin “Bişkek protokolu”nu Azərbaycan tərəfindən o vaxtkı parlament sədri Rəsul Quliyev imzalamışdı, illər uzunu bundan ona qarşı istifadə edilib və Qarabağın itirilməsində bu razılaşmanının rolu olduğu iddia olunub.
Strateq.az xəbər verir ki, Rəsul Quliyev Moderator.az-a açıqlamasında bu iddiaların əsassız olduğunu istənilən vaxt hər kəsə sübut etməyə hazır olduğunu bildirib:
“1994-cü ildə imzalanmış müvəqqəti atəşkəs protokulunun 21 ildən sonra Qarabağ probleminə necə təsir etdiyini müzakirə mövzusuna çevirmək, bundan “qara piar” kimi istifadə etmək gülüncdür. Mən bu tip adamları 1994-cü il parlament iclasında da darmadağın etmişdim, indi də darmadağın etməyə hazıram. Hakimiyyətə gəlmək naminə Şuşa verildi, ardınca Kəlbəcər. Sözsüz, 1994-cü ilin mayında indiki müxalifət qəhrəmanları ermənilərin Mingəçevirə qədər, yəni Kürün sağ sahilinə qədər torpaqlarımızı işğal edəcəklərinə və onların çiyinlərində yenidən hakimiyyətə gələcəklərinə ümid edirdilər, bu protokol bu işin baş verməsinə imkan vermədi, Azərbaycanın əlavə işğal olunacağı 30 faiz torpaqları xilas oldu. “Vətən”, “torpaq” deyib fəryad qoparanlara əslində hakimiyyət lazımdı, vətən və torpaq yox. Bir sözlə, mən hər an istənilən bir şəxslə (o cümlədən özünə inanan tarixçilərlə) bu mövzuda debata çıxmağa və necə cılız olduqlarını sübut etməyə hazıram”.