XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

30 Noyabr 2019 - 17:33

Bakı polisi AXH-nin mitinqi ilə bağlı məlumat yaydı:"İctimai asayişin pozulması halları qeydə alınmayıb"

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

İdarənin Mətbuat Xidmətindən Strateq.az-a daxil olan məlumata görə, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurum paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib: “Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb”.