XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

02 Dekabr 2019 - 20:35

İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim etdi –FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Elmar Məmmədyarov İsrailin ölkəmizdəki səfiri Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir Corc Dik etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Corc Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Corc Dik diplomatik fəaliyyətində uğurlar arzu edib.