XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 19:12

AXCP şərt irəli sürür, Müsavat gözləyir, ReAL isə… –Müxalif partiyalar parlament seçkiləri ilə bağlı toplandı

Bu gün bir neçə müxalifət partiyasının nümayəndələri növbəti dəyirmi masa keçirərək, növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.

APA-nın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi partiya və təmsil olunduqları Milli Şuranın bəyanatının olduğunu xatırladaraq, bildirib ki, bəyanatdakı şərtlər qəbul edilməsə, seçkini boykot edəcəklər.

REAL Partiyasının funksioneri Natiq Cəfərli, politoloq Hikmət Hacızadə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər müxalifət partiyalarının seçkidə iştirakının tərəfdarı olduqlarını bildiriblər.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Müsavat başqanı Arif Hacılı isə seçkidə iştirakla bağlı aparılan müzakirələrdən sonra qərar verəcəklərini bildiriblər.