XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 15:20

Finlandiya Xarici İşlər Nazirliyi:"ATƏT Qarabağ münaqişəsinin həllinə doğru getməlidir"

ATƏT üzvü olan ölkələrdəki münaqişələrdə tərəflər arasında konstruktiv dialoq davam etdirilməli, etimad tədbirləri daha da artırılmalıdır”.

Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Finlandiya Xarici İşlər Nazirliyinin Dövlət katibi Matti Anttonen bildirib.

“Biz ATƏT ölkələrindəki mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru daha çox yol getməli, səy göstərməliyik. Bunlar ATƏT-in əsas mandatıdır”, – finlandiyalı nazir vurğulayıb.

O, münaqişə tərəfləri arasında konstruktiv dialoqun və etimad tədbirlərinin mövcud həqiqətlər və təhlükələr nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyinə diqqət çəkib/Report.