Ümid Partiyası gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştiraka qərar verib.
Partiyadan Strateq.az-a verilən məlumata görə, bununla bağlı bu gün Partiya Ali Məclisinin növbəti sessiyası keçirilib.
Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.