XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 09:31

DAK-da yeni təyinatlar oldu, yeni tərkib açıqlandı – Tam siyahı

Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin ilk iclasından sonra DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni təyinatları imzalayıblar.

Strateq.az xəbər verir ki, DAK həmsədrləri konqresin Nizamnaməsinə və İdarə Heyətinin 19 aprel 2015-ci il tarixli iclasının qərarına əsasən, həmsədrlərin birinci müavini prof. Abuzər Bağırov, AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu DAK-ın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Siyavuş Mustafayev Qarabağ məsələsi üzrə müşavir, Xəzər Emin Mədəniyyət məsələləri üzrə müşavir təyin ediliblər.
Bundan əlavə, İsmayıl Ağayev Azərbaycan nümayəndəliyinin başçısı, Eldar Qaradağlı Avropa üzrə təmsilçi, professor Əkrəm Fevzi Tərzi oğlu İraq nümayəndəliyinin başçısı, Orhan çiftçi Avstriya nümayəndəliyinin başçısı, Əhməd Qeybi Avstraliya nümayəndəliyinin başçısı, Fərzalı Şərifov Tacikistan nümayəndəliyinin başçısı, Nail Əhməd Polşa nümayəndəliyinin başçısı, Sərraf Kərimov Tatarıstan nümayəndəliyinin başçısı, Esmira Madatova ABŞ nümayəndəliyinin başçısı, Esmira Əsədova Kanada nümayəndəliyinin başçısı, Tursunay Türksoy Doğu Türküstan (çin) nümayəndəliyinin başçısı, Mətin çapan Türkiyə nümayəndəliyinin başçısı, Leyli Rəşidli Fransa nümayəndəliyinin başçısı və Səməndər Mehdiyev Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı təyin edilib. DAK-ın tərkibində Dərbənd, Borçalı, Güney Azərbaycan, Qarabağ və Qərbi Azərbaycan departamentləri yaradılıb. Qeyd edək ki, yaxın günlərdə digər ölkələr üzrə nümayəndələr də təyin olunacaqdır. DAK-ın Nəzarət Təftiş Komissiyasının iclasında isə Şəhruz Cəngcu (Güney Azərbaycan) NTK sədri seçilib.