XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 18:05

ADP İdarə Heyəti toplandı:partiya 28 nəfərlə parlament seçkilərinə qatılacaq - SİYAHI

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, İdarə Heyəti ölkədəki ictimai-siyasi vəzəyyət və qarşıdan gələn parlament seçkiləri ətrafında müzakirələr aparıb.

İdarə Heyəti ilk növbədə Rusiyanın Xarici İşlər Naziri S.Lavrovun keçən həftə Bakı səfərinin nəticələri və onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib.

İdarə Heyəti həmçinin S.Lavrovun Bakı səfəri zamanı Xocalı soyqırımı abidəsini deyil, yalnız Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət etməsi məsələsinə münasibət bildirib. ADP Dağlıq Qarabağ probleminin daim gündəmdə saxlanılması və bu qətliamın dünya xalqlarının diqqətinə çatdırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq 20-ci əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsini anıt olaraq dövlət protokoluna daxil edilməsininin vacibliyini hakimiyyətin diqqətinə çatdırıb.

İdarə Heyəti 09 fevral 2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini də müzakirə edib.

Müzakirələrin yekunu olaraq İdarə Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun olduğunu bildirib və bu məsələ barədə müvafiq qərarın qəbul edilməsi üçün 11 dekabr 2019-cu il tarixində Ali Məclisin sessiyasının çağırılması qərara alınıb.

İdarə Heyəti həmçinin Ali Məclisə ilkin olaraq aşağıdakı şəxsləri ADP adından 09 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində müvafiq seçki dairələri üzrə namizədliklərinin irəli sürülməsini tövsiyyə edib:

  1. 9 saylı Binəqədi ikinci – Taliyət Əliyev
  2. 14 saylı Xəzər – Həsrət Rüstəmov
  3. 15 saylı Yasamal birinci – Sərdar Cəlaloğlu
  4. 17 saylı Yasamal üçüncü – Nazilə Soltanova
  5. 21 saylı Nəsimi birinci – Bəhruz Məmmədov
  6. 22 saylı Nəsimi ikinci – Rəşid Mənsurov
  7. 24 saylı Nizami birinci – Nurəddin İsmayılov
  8. 25 saylı Nizami ikinci – Vüqar Məmmədov
  9. 26 saylı Sabunçu birinci – Eldəniz Xudiyev
  10. 27 saylı Sabunçu ikinci – Nizami Məmmədzadə
  11. 29 saylı Səbail – Sadiq Həsənov
  12. 34 saylı Xətai ikinci – Zakir Hüseynov
  13. 35 saylı Xətai üçüncü – İlham Şərifov
  14. 41saylı Sumqayıt birinci – Qəşəm Abışov
  15. 42 saylı Sumqayıt ikinci – Xaliddin Cangirov
  16. 45 saylı Abşeron – Yaqub Xudiyev
  17. 46 saylı Şirvan – Kamil İsayev
  18. 47 saylı Mingəçevir – Əli Rəfiyev
  19. 57 saylı Kürdəmir – Cəbrayıl Dünyamalıyev
  20. 61 saylı Neftçala – Elton Sədiyarov
  21. 66 saylı Biləsuvar – Mehman İsmayılov
  22. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar – Daşqın Nuriyev
  23. 71 saylı Masallı kənd – Natiq Eynullayev
  24. 77 Astara şəhər – İlqar Qənbərov
  25. 87 saylı Ağsu-İsmayıllı – Süleyman Məmmədov
  26. 103 saylı Gədəbəy – Xaliq Sadıqov
  27. 111 saylı Zaqatala-Balakən – Mübariz İsmayılov
  28. 117 saylı Oğuz-Qəbələ – Əflatun Şərifov