XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

10 Dekabr 2019 - 12:46

BQP 65 namizədini müəyyənləşdirdi –Fazil Mustafa yenidən Sabunçudan namizəd oldu

Bu gün Böyük Quruluş Partyası Ali Məclisinin iclası keçirilib.

Bu barədə partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda 09 fevral 2020-ci il tarixə təyin olunan Azərbaycan Respublikası Milli Məclisnə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsəduyğunluğu haqqında qərar qəbul edilib.

Bildirilib ki, Ali Məclis üzvləri yekdilliklə partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanı 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüblər.

Məclisdə həmçinin ölkənin 65 seçki dairəsindən deputalığa namizədliklər müəyyən edilib. Digər seçki dairələri üzrə namizədlərin müəyyən edilməsi səlahiyyəti də partiyanın Siyasi Quruluna həvalə edilib.

Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin edilib.

Bu gün artıq Fazil bəyin seçki sənədləri 26 saylı Sabunçu birinci seçki dairəsinin Dairə seçki komissiyasına təqdim edilib.