Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.
Yeni işi barədə Modern.az-a danışan Elmira Süleymanova, əslində, AMEA-da uzun illərdir ki, çalışdığını deyib:
“AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1950-ci ildən çalışıram. Sadəcə olaraq baş elmi işçi vəzifəsində yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm”.
İlk müvəkkil əhvalının yaxşı olduğunu da qeyd edib:
“AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəm Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm”.