XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2019 - 20:45

Sabiq deputatlar, vəkillər, professorlar… –Müsavat parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirib

“Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik. Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var”.

Bu barədə partiya başqanı Arif Hacılı açıqlama verib.

O bildirib ki, bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədləri də var: “Həftə sonunadək Azərbaycan parlamentinin görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək. Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun”.

Mia.az