XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

11 Dekabr 2019 - 00:25

Ərdoğan:“Axısqa türklərinin doğma torpaqlarına qayıtmaları üçün hər bir dəstək verəcəyik”

“14 noyabr 1944-cü ildə Stalin tərəfindən yüz minlərlə Axısqa türkləri Gürcüstan ərazisindən zorla deportasiya olunaraq sovetlər rejiminin müxtəlif yerlərinə sürgün edilib. 20 mindən çox  insan bu sürgün həyatında aclıqdan və soyuqdan ölüb. Çoxlarının məzar yerləri belə bilinmir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Prezident Administrasiyası Kompleksinin Konqres və Mədəniyyət mərkəzində  Axısqa türklərinin deportasiyasının 75-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə  bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə Axısqa türklərinin hüquqları uğrunda mübarizəyə və yeni nəsil axısqalıların doğma torpaqlarına qayıtmaları üçün dəstək verməyə davam edir və bu məsələ Gürcüstanla, eləcə də Cənubi Qafqazla əlaqələrdə mühüm yer tutur.

Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) və Dünya Axısqa Türkləri Birliyinin (DATÜB) təşkilatçılığı ilə keçirilən tədbirdə Axısqa türklərinin həyatından bəhs edən sənədli film nümayiş edilib.

DATÜB sədri Ziyəddin Kassanov Axısqa türklərinin problemlərinə diqqət ayırdığına görə Türkiyə Prezidentinə təşəkkür edib.

YTB sədri Abdullah Eren bildirib ki, Axısqa türklərinin sürgün həyatından bəhs edən 75 şahidin iştirakı ilə “Şifahi tarixin öyrənilməsinə dair sənədli kitab” da hazırlanıb.

Qeyd edək ki, “Axısqa sürgününün 75 illiyi” proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna və Türkiyədən 30 sürgün şahidi prezident Ərdoğanla görüşüblər/APA.