XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 13:23

YAP icra katibinin müavini:"Hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib"

“Növbədənkənar parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının namizədlərinin irəli sürülməsi prosesi ilə bağlı işlər aparılır”.

Bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, işlər tamamlanandan sonra hər dairə üzrə YAP namizədləri irəli sürüləcək və siyahı da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

S.Novruzov qeyd edib ki, hakim partiyanın kifayət qədər potensialı və seçkilərdə kifayət qədər təcrübəsi var: “Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib. Yəni hər şey hazırdır. Sadəcə namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslərə başlayacağıq”.

O xatırladıb ki, partiya Mərkəzi Seçki Komissiyasına 126 nəfər səlahiyyətli, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsini təqdim edib və komissiya artıq bunu təsdiq edib/Report.