XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2019 - 12:01

“Senatın “erməni soyqırımı” ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir” –ABŞ səfiri

“ABŞ Senatı tərəfindən “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir”.

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

“Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq”, – o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb: “Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik”. (Report)