XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2019 - 15:47

Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək –Səməd Seyidov

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçirilib.

İclasda fevralın 9-da növbədənkənar parlament seçkilərində müşahidə ilə bağlı Azərbaycanın rəsmi dəvəti də müzakirə edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, iclasda müzakirələrdən sonra Azərbaycanın rəsmi dəvəti məqbul sayılıb: “Müşahidə missiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. Həmin qərar əsasında AŞPA-da təmsil olunan bütün partiyalardan 30 nəfərdən ibarət müşahidə missiyası fevralın 9-da növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək. Bu müşahidə missiyasına məruzəçilər də daxildir”.

S. Seyidov qeyd edib ki, müşahidə missiyasının tərkibi yanvar ayında formalaşacaq. (APA)