XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2019 - 17:28

Ramiz Mehdiyevin kürəkəni seçkiyə qatılıb-qatılmayacağını hələ bilmir:"Etimad göstərilməyəcəksə..."

“Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”

Strateq.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Əliyev deyib.

O bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər: “Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.

Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib.

O, Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyevin kürəkənidir.