XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2019 - 15:43

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb –SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

İclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP)

Report