XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

14 Dekabr 2019 - 23:21

MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb- Adlar

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib.

BAXCP səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin  qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün qərar qəbul edib.

Aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıb:

1.1. Səlahiyyətli nümayəndələr:

Əli Zülfüqar oğlu İbrahimov

Etibar Oruc oğlu Nəsirov

Aydın Məlikməmməd oğlu Əkbərov

Yusif Hüseyn oğlu Süleymanov

Rauf Qarxun oğlu Mütəllimov

Nurəddin Səyyad oğlu Qocayev

Nübubət Rəhman qızı Namazova

Böyük Ağa Ənvər oğlu Babayev

Yeganə Kazım qızı Mehdiyeva

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

İlqar Əlixan oğlu Məmmədxanov