XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 19:26

Yadigar Sadıqlıdan Arif Hacılıya etiraz: “Namizədliyimi özüm gizlətdim ki…” –Müsavatın siyahısı ilə bağlı gərginlik

“Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək, öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm”.

Strateq.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanının sabiq müavini Yadigar Sadıqlı sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, namizədliyini irəli sürməsini bu ana qədər heç kəsə bildirməyib ki, günah üzərimdə qalmasın: “”Biz irəli sürəcəkdik, amma özü sürdü” deməsinlər deyə. Sabah imza vərəqələrini götürməliyəm. Bilirəm, qeydə almaya bilərlər, bilirəm, min bir əngəl törədəcəklər, bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər. Bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi, say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın”.