XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 22:23

“Anjey Kaspşikin səlahiyyətlərini artırmaq niyyətindəyik” –ATƏT rəsmisi

“Biz Minsk Qrupu olaraq Qarabağ probleminin həllinə, sadəcə, köməklik edə bilərik. Əsas qərarı isə münaqişə tərəfləri – Ermənistan və Azərbaycan verməlidir”.

Bu fikirləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, problemlərin həlli və buna maneçilik törədən əsas səbəblər barədə Azərbaycan və Ermənistan rəhbərliyi, həmçinin xarici işlər nazirləri məşğul olurlar: “Biz, sadəcə köməkçi rolunda çıxış edirik və bunun genişlənməsinə töhfəmizi verməkdəyik. 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanlanması istiqamətində həlledici olmayıb. Ancaq bununla belə, problemin həllində irəliləyişə nail olmağa imkanlar açır”.

“Bu gün qoşunların təmas xəttində vəziyyət o qədər qənaətbəxş deyil. Ona görə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səlahiyyətlərini artırmaq niyyətindəyik. Hazırda bunun üzərində işləyirik. Ancaq nəticə əldə etmək o qədər də asan deyil”, – deyə A.Lukaşeviç qeyd edib. (report)