XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 15:25

“Ankara general Həftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir” –Politoloq Türkiyənin Rusiya ilə anlaşa biləcəyini deyir

“Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə przidenti Rəcəb Təyyub Ərdoğan mətbuata müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Həftərin silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər.

Politoloq Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq etməsini xatırladıb: “Bu əməkdaşlıq, həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Həftər Liviyanın tamamını ələ keçirsə, Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də, Ankara general Həftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir”.

Gerenal Həftəri dəstəkləyənlər arasında Rusiyanın da olmasına gəlincə, E.Şahinoğlu xatırladıb ki, Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Həftərə dəstək verir: “Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu, nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi, Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar”.