XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 17:44

MSK sədrinin müavini:"Məntəqələrə çip oxuyan qurğular paylanılacaq"

Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq.

Bunu Mərkəzi Seçki Komissyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, proqram təminatı ilə birgə çip oxuyan qurğular tam olaraq bütün dairə seçki komissiyalarına paylanılacaq:

“Bundan sonra dairə seçki komissiyaları bu qurğuları seçki məntəqələrinə paylayacaq. Artıq qurğularla bağlı bütün sınaqlar həyata keçirilib. Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”.

Report