Parlament seçkilərinə qatılan tanınmış hüquqşünas İradə Cavadova “Real Cümhuriyyətçilər” seçki blokundan çıxdığını bəyan edib.
Strateq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
Bildirib ki, dekabrın 15-də adıçəkilən bloka qoşulmaqla bağlı tələsik qərar qəbul edib: “Tələsik qərarıma görə, üzr istəyirəm. Seçkilərdə tam müstəqil və bitərəf namizəd kimi iştirak edəcəyəm. Ümid edirəm ki, bu qərarla dostlara zərbə vurmadım”.