Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Arzuman Abdulkərimovu sədrin siyasi məsələlər üzrə müavini təyin edib.
Bu barədə partiyadan Strateq.az-a verilən məlumata görə, o, 2015-ci ildən Hilal Sosial Araşdımarlar İctimai Birliyinin təsisçisidir.
Xatırladaq ki, Arzuman Abdulkərimov, eyni zamanda, Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Avey” İdman klubunun sədridir.
O, 1972-ci il sentyabrın 5-də Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 1992-ci ildə könüllü olaraq erməni təcavüzünə qarşı hərbi xidmətə gedərək, Qazax və Qarabağda döyüşüb.
Ailəlidir, 2 övladı var.