XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 15:44

MDB Azərbaycanda müşahidəçilər göndərəcək- Parlament seçkilərinə

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini MDB müşahidə missiyası da izləyəcək.

Bunu “Report”a MDB Müşahidə Missiyası qərargahının rəhbəri Yevgeni Koziak bildirib.

“Parlament seçkilərini müşahidə etmək barədə Azərbaycan tərəfinin dəvətini almışıq. Uzunmüddətli müşahidə missiyası Bakıda, təxminən, yanvarın 18-dən işə başlayacaq. Qrupun heyətinə MDB İcrariyyə Komitəsinin müşaviri Oleq Kuleba və daha 4 nəfər daxil olacaq”, – o deyib.

Bununla bərabər, seçkilər ərəfəsində MDB-nin qısamüddətli müşahidə missiyası da Bakıya ezam olunacaq.