XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 19:18

TBMM sədri türkdilli ölkələrdən dəstək istədi- FETÖ ilə mübarizədə

“Qardaş ölkələrlə parlamentarilər səviyyəsində bir araya gələ biləcəyimiz, ortaq problemlərimizə ortaq həllər ortaya qoya biləcəyimiz, birlikdə hərəkət edərək tək ürək, tək bilək ola biləcəyimiz, aramızdakı problemləri barışıq yolu ilə həll edə biləcəyimiz, bölgə xaricindən gələn müdaxilələrə birgə cavab verə biləcəyimiz bir qurum yaradılması faydalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) Bakıda keçirilən 9-cu plenar sessiyasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.

Şentop deyib ki, ötən əsrin əvvəlində Mustafa Çokay, İsmayıl Qaspralı, Yusif Akçura, Əli bəy Turan Hüseynzadə başda olmaqla, bir çox türk ziyalısı türk xalqları arasında əlaqələri gücləndirərək bir-birinə daha da yaxınlaşdıracaq dildə, fikirdə, işdə birlik düşüncəsi prizmasında çoxsaylı iş görərək Türk Birliyini xəyal etməyə başlayıblar: “Bu xəyal bəzi səbəblərdən iflasa uğrasa da, bu gün bu məqsəd uğrunda çalışmaq bizə nəsib olub.

Bu çərçivədə TürkPA sədri olaraq ötən dövrdə üzv ölkələrin qarşılaşdıqları problemlərin həlli yollarının tapılması və TürkPA katibliyinin beynəlxalq səviyyədə nüfuzunun artırılması üçün səylər göstərmişik. Təşkilatımızın daha təsirli fəaliyyət göstərə bilməsi üçün bu gün təsdiqlədiyimiz TürkPA Daxili Nizamnaməsinə dəyişiklikləri hazırladıq. TürkPA tarixində ilk dəfə üzv ölkələrə təqdim edilmək üçün iki ayrı model qanun tərtib olundu.

Azərbaycan Milli Məclisinin hüquqşünasları tərəfindən “Turizm haqqında” və Türkiyə Böyük Millət Məclisinin hüquqşünasları tərəfindən “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanunların hazırlanması Türk PA baxımından yeni başlanğıc olub. Bununla, beynəlxalq əməkdaşlığımızı yeni mərhələyə yüksəltdiyimizi düşünürəm. Bu kimi addımların əməkdaşlığımızı inkişaf etdirəcəyinə əminəm. Seçkilərin müşahidəsinin aparılması, parlamentlərimiz arasında əməkdaşlığımızın gücləndirilməsi, seçkilərin beynəlxalq səviyyədə keçirilməsi kimi məsələləri yazılı qanun halında hazırladıq”.