XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2015 - 13:21

Milli Şuranın mitinqinə icazə verildi – Rəsmi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinin keçirilməsinə razılıq verib.

Bu barədə BŞİH-dən məlumat daxil olub.

Yayılan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) mitinqin keçirilməsini razılıq verib.

Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.

Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.