XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 19:46

Məzahir Pənahov:“Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 məntəqədə vebkamera quraşdırılıb”

“Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin, təxminən, 20 faizə qədəri, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, vebkamera qurulan məntəqələr xüsusi seçilir ki, Azərbaycanın bütün ərazisini əhatə etsin: “Vebkameralara daxil olmaq isə çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən vətəndaş MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər”.

MSK sədri xatırladıb ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək: “Həmin partiyalardan olan müşahidəçilər də seçkinin gedişatını izləyə biləcəklər. Bundan əlavə, müşahidə aparmaq arzusunda olan vətəndaşlarımız da seçkini müşahidə edəcəklər. Vebkameraların digər üstünlüyü isə ondan ibarətdir ki, seçkini izləmək üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Həmçinin seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi var. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.

Report