XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 10:13

Bələdiyyə seçkiləri:seçkiqabağı təşviqatın aparılması sabah dayandırılacaq

Sabah dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması dayandırılacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 30-dan başlanıb, dekabrın 22-i saat 08:00-da başa çatır.