Tanınmış jurnalist, “Real TV”nin əməkdaşı Ləman Ələşrəfqızı deputatlığa namizədliyini irəli sürüb.
Stateq.az xəbər verir ki, bu barədə o, “Facebook”dakı səhifəsində yazıb.
Jurnalist bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən seçkilərə qatılmaq niyyətindədir.
O, təşəbbüsün anadan olduğu Oğuz rayonunun sakinlərindən gəldiyi bildirib: “Mənə səs versəniz, millətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm”.
Xatırladaq ki, hazırda Milli Məclisdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini YAP-nın üzvü Aqiyə Naxçıvanlı təmsil edir.