Bu gün Azərbaycan Təkamül Partiyası Mərkəzi Şurasının (MŞ) iclası keçirilib.
Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixdə Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərdə iştirak edəcək partiya üzvülərinin namizədliyinin irəli sürülməsi ilə bağlı məsələlər müzakirə edilib.
MŞ-nın qərarı ilə partiyanın sədri Əliyev Teyyub Qəni oğlu (Teyyub Qənioğlu) 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd irəli sürülüb.
Digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.