XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2019 - 15:52

Çingiz Qənizadə yenidən namizədliyini irəli sürdü

Milli Məclisin deputatı Çingiz Qənizadə növbədənkənar parlament seçkilərinə getdiyini açıqlayıb.

Ç. Qənizadə Unikal.org-a açıqlamasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.

O, bu dairədən seçicilərini son 10 ildə ləyaqətlə təmsil etdiyini qeyd edib: “Seçicilərimin hörmət və inamını qazanmışam. Odur ki, yenidən həmin dairədən namizədliyini irəli surməyi məqsədəuygun hesab etdim”.