XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 16:33

“Maksimum çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin”- MSK sədri

Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, istənilən pozuntu ictimaiyyət tərəfindən pis qarşılanır: “Biz maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.

MSK sədri vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: “Dünyanın heç bir yeri seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, biz arzu edərdik ki, pozuntu halları olmasın. Bizim məqsədimiz bu halları minimuma endirməkdir. Bunun üçün daimi maarifləndirmə tədbirləri həyata keçirilir”.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.