“Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu parlament seçkilərində iştirak edəcək.
Bu barədə R.Arifoğlu özünün “Facebook” səhifəsində yazıb.
”Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm”, – deyə qeyd edən baş redaktor namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürüb.