Türkiyə, Azərbaycan və Gürcüstan regionda sabitliyə mühüm töhfə verib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, bu ölkələr Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Pekinlə Londonu birləşdirib:
“Gələcəkdə biz bu cür vacib layihələrin icrasını davam etdirəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə biz həm ticarət, həm də nəqliyyat sahəsinə töhfə veririk”.
Qeyd edək ki, Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin səkkizinci üçtərəfli görüşü keçirilir.