“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı ikitərəfli və regional problemləri müzakirə etmək üçün mühüm bir platformadır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tbilisidə azərbaycanlı və gürcü həmkarları ilə keçirilən birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkələr arasındakı əməkdaşlıq mexanizmləri bölgədə davamlı sülh, sabitlik və rifahın qurulmasına zəmin yaradır: “Üç ölkə arasında iqtisadi-ticari əlaqələri daha da inkişaf etdirmək əzmindəyik. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün gömrük prosedurları uyğunlaşdırılmalıdır”.
Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun cəlbediciliyinin artırılması üzrə işlər davam etdiriləcək. (report)