XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 19:37

“Gürcüstan-Azərbaycan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası gələn ilin əvvəlində keçiriləcək” –Səfir

“Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın növbəti iclası 2020-ci ilin əvvəlində keçiriləcək”.

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hazırda əsas vəzifə sərhəddəki vəziyyətlə bağlı status-kvonun bərpa olunmasıdır: “Gürcüstan baş nazirinin Azərbaycana səfəri zamanı status-kvonun mərhələli şəkildə bərpa olunması barədə razılıq əldə edilib. İlk növbədə, ruhanilərin məbəd kompleksinin bütün ərazisində sərbəst şəkildə hərəkət etmək imkanları var”.

Z.Pataradzenin sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətləri çox önəmlidir və istənilən məsələ iki dost ölkə arasındakı münasibətlərə uyğun həll olunmalıdır. (Report)