Böyük Quruluş Partiyası 23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı mövqeyini açıqlayıb.
Partiyadan Strateq.az-a verilən məlumata görə, seçki dairələri və məntəqələr üzrə partiyanın təyin etdiyi müşahidəçilərin məlumatı əsasında belə qənaətə gəlmək mümkündür ki, ayrı-ayrı məntəqələr üzrə baş verən kiçik qanun pozuntuları istisna olmaqla, ümumən seçkilər normal demokratik və sərbəst rəqabət mühiti şəraitində keçib:“Seçicilərin siyasi iradəsi prosesdə öz əksini tapıb”.