Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 46 saylı Şirvan Dairə Seçki Komissiyasındakı (DSK) təmsilçisi Aqil Vəliyevin saxlanılmasına münasibət bildirib.
VHP-dən “Report”a verilən məlumata görə, hazırda partiyada bununla bağlı məsələ araşdırılır: “Araşdırma apardıqdan sonra Aqil Vəliyevin haqsız yerə saxlanıldığı məlum olsa, biz sona qədər onun hüquqlarını müdafiə edəcəyik”.
Qeyd edək ki, A.Vəliyev Şirvan Kommunal Kombinatı Müəssisəsinin rəhbəridir.