Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb.
Partiyadan Strateq.az-a verilən məlumata görə, onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən irəli sürülüb.
Bildirilib ki, artıq VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib: “Bundan əlavə, VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq”.