XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

26 Dekabr 2019 - 11:55

VK sədri Anar Bağırov:"Bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışır"

“Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışırlar, bu, yolverilməzdir”.

Bunu Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.

O qeyd edib ki, vəkillərin işinə heç kim müdaxilə edə bilməz: “Bəzi vəkillərimiz səfirliklərə işləri ilə bağlı məlumatlar verirlər. Lakin heç bir vəkil də xarici ölkə səfirinə hesabat verə bilməz. Biz müstəqil qurumuq. İstər öz ölkəmizdə, istərsə də xarici ölkələrə hesabat vermirik”.

APA