XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2019 - 14:06

“Əgər belə fikirim olsaydı…” –Ziya Məmmədov deputat olmaq istəyi haqda yayılan xəbərə belə cavab verdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. 

Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

Strateq.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib:

“Xeyr, yayılan xəbərlər yalandrı. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə fikirim olsaydı, açıqlayardım”.