XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2019 - 18:48

“Deyirlər ki, icazə yoxdur” –DSK-lar Müsavata əlavə imza vərəqələri vermir

Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən vərəqələrin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Müraciətə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında baxılıb.

Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədrinin diqqətinə çatdırıb və ondan bu məsələdə Dairə Seçki Komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

G. Aslanlı qeyd edib ki, namizədlərə imza toplamaq üçün hazırda 10 vərəqə verilir: “Dairə Seçki komissiyalarından 11-ci vərəqəni istəyəndə deyirlər ki, verməyə icazə yoxdur. Əgər mənə vermirlərsə, başqalarına heç verməzlər. Xahiş edirəm ki, bununla bağlı fikrinizi bildirəsiniz”. 

MSK sədri Məzahir Pənahov bildirib ki, imza vərəqələrinin verilməsiylə bağlı heç bir məhdudiyyət yoxdur: “Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqələrin verilməsində heç bir problem yoxdur”.

APA