XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2019 - 17:54

YAP 123 DAİRƏDƏN NAMİZƏD İRƏLİ SÜRÜB:"Siyahı MSK-ya təqdim olunub"

Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 123 dairədən irəli sürdüyü namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S.Novruzov Seçki Məcəlləsinin tələbinə əsasən siyahının MSK-ya təqdim olunduğunu vurğulayıb.

 S. Novruzovun sözlərinə görə, partiya iki dairədən – Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, irəli sürülmüş namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra 5 gün müddətində siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabları açılır.

YAP bu səbəbdən namizədlərinin siyahısını MSK-ya təqdim edib/APA.