XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 12:47

“Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirəcək” –Nazir

“Bir daha Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyin üzərinə götürməsinin vacibliyini bir daha vurğulamaq istərdim. 25-26 oktyabr 2019-cu il tarixdə 159 nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilən üzvlərinin sayına görə BMT-dən sonra ikinci qlobal siyasi platformanın XVIII Zirvə Görüşü, habelə onun nəticələrinə dair Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstəyin ifadə edilməsi daxil olmaqla, qəbul edilmiş sənədlər ölkəmizin dünya miqyasında nüfuzunun daha da artmasını əyani şəkildə nümayiş etdirdi”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bir qrup media nümayəndəsinə müsahibəsində deyib.

“Biz fundamental Bandung prinsiplərinin inkişaf etdirilməsi ruhuna uyğun, Hərəkatın beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsindəki fəaliyyətinə yeni bir təkan vermək və əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratmaq niyyətindəyik. Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyini və nüfuzunu gücləndirmək məqsədi daşıyacaq. Qoşulmama Hərəkatının gücləndirilmiş mövqeyi onun üçün yeni əməkdaşlıq imkanları açacaq və beynəlxalq məsələlərə töhfə imkanlarını genişləndirəcək. Bu yöndə prioritet istiqamətlərdən biri digər regional və beynəlxalq təşkilatlarla dialoq mexanizmlərinin təsis edilməsi olacaq. Xüsusilə Afrika, Latın Amerikası və Asiyada yerləşən ölkələrlə və təşkilatlarla əməkdaşlıq çərçivələrinin genişləndirilməsi sahəsində səylər göstəriləcək”, – deyə XİN başçısı qeyd edib. (apa)