Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınıb.
Strateq.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə məlumat paylaşıb.
VHP sədri bildirib ki, bu gün 61 saylı Neftçala Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyi təsdiq olunub: “Bu gün qeydiyyat vəsiqəsini aldım. Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalılara dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallıgı nümayiş etdirəcəklər”.