XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 19:42

YAP-ın 123 dairə üzrə namizədlərinin hamısı qeydə alınıb:"Diqqətçəkən xüsusi məqam odur ki..."

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd dairə seçki komissiyalarında (DSK) rəsmi qeydiyyata alınıb. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb”.

Strateq.az xəbər verir ki, bu sözləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, diqqətçəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır:

“Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm”.