XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 17:26

“Bələdiyyə üzvü namizədə imza toplayıbsa, bu, qanun pozuntusudur” –MSK sədri

“Əgər deputatlığa namizədliyi irəli sürülmüş şəxs üçün imza toplanmasının təşkilində bələdiyyə üzvü iştirak edibsə, bu, qanun pozuntusudur”.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, həmin şəxslərin namizədliyi qeydə alına bilməz. O, namizdəliyi irəli sürülmüş şəxsləri bu məsələdə diqqətli olmağa çağırıb.

Qeydək ki, Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürüb, ancaq onun üçün imza toplanmasında bələdiyyə sədrinin müavini iştirak edib. Bu səbəbdən də müvafiq dairə seçki komissiyası onun namizədliyini qeydə almayıb. MSK da qərarı qüvvədə saxlayıb/APA